
Az.shafaqna.com “newsgeorgia”-ya istinadən xəbər verir ki, qeyri-qanuni şəkidlə sərhədi keçərək Gürcüstan ərazisinə daxil olmaq istəyən 4 əcnəbi tutulub.
Bu haqda Gürcüstan XİN məlumat yayıb.
Saxlanılanların hansı ölkə vətəndaşları olduğu qeyd edilməsə də, istintaqın məlumatına görə, onlar Ermənistandan Gürcüstana daxil olmaq istəyiblər.
“Gürcüstan dövlət sərhədinin bir qrup şəxs tərəfindən qeyri-qanuni keçilməsi” maddəsi ilə cinayət işi başladılıb. Bu maddəyə əsasən, onlar 4-5 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.






























