Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, iki illik sərt məhdudiyyətlərdən sonra dünyanın hər bir yerindən olan müsəlmanlar Məkkə və Mədinənin müqəddəs məscidlərində cümə namazlarının tam bərpa olması səbəbi ilə şad və sevinclidirlər.

“Bu, həqiqətən də, qeyri-adi bir mənzərədir və Kəbə ətrafındakı Məscidül-Həramın həyətinin insanlarla dolduğunu görmək – bu, Allahın yardımı ilə, hər şeyin yaxşı olacağının əlamətidir”, – deyə məscid ziyarətçilərindən biri Abdulla Mehdi bildirib.

Xatırladaq ki, ötən həftəsonu Səudiyyə Ərəbistanı rəhbərliyi bütün ölkə ərazisində, o cümlədən də Məkkədəki Məscidül-Həramda və Mədinədəki Peyğəmbər (s) məscidində məhdudiyyətlərin yumşaldılmasına dair qərar verib.

Əvvəlki məqaləYevlaxda karantin qaydalarının pozan toy sahibi cərimələndi
Növbəti məqalədəAzərbaycanla Sinqapur peyklərin istehsalını birgə inkişaf etdirəcəklər