
Az.shafaqna.com “Islam Today”-a istinadən xəbər verir ki, Dubayda dəniz kənarında yerləşən “Dubai Marina” rayonunda 2023-cü ildə “Ciel” adlı dünyanın ən hündür oteli inşa ediləcək.
365 metr hündürlüyündə olacaq bina hazırkı ən hündür otel “Gevora Hotel”-dən 9 metr hündür olacaq.
Otel, layihəyə əsasən, 150 lüks otaq da daxil olmaqla, 1042 otaqdan ibarət olacaq.
“Ciel”-in BƏƏ-nin yeni memarlıq simvoluna çevriləcəyi gözlənilir.






























