
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, uşaq bağçalarında təhsil ilinin 14 sentyabrdan başladılması planlaşdırılır.
Bu barədə Uşaq Bağçalarının İdarəsi Agentliyinin rəhbəri Kaxaber Qvanseladze bildirib.
Onun sözlərinə görə, mövcud epidemioloji vəziyyətlə əlaqədar təhsil prosesini sonraya saxlamaq planlaşdırılmır.
Bundan başqa, Qvanseladze qeyd edib ki, ictimai uşaq bağçalarında təhlükəsizlik normalarına tam şəkildə əməl ediləcək.
Konkret təlimatlar və nizamlamalara gəlincə, hazırda Səhiyyə Nazirliyi və Əmək İnspeksiyası ilə danışıqların aparıldığı və yaxın zamanda konkret göstərişlərin elan ediləcəyini bəyan edilib.






























