Az.shafaqna.com “Al Mayadeen”-ə istinadən xəbər verir ki, Livan parlamenti 7 deputatın istefasını qəbul edib.

İlk olaraq 8 millət vəkili istefa versə də, sonradan onlardan biri ərizəsini geri götürüb.

Deputatların hansı partiya və siyasi bloka mənsub olmaları barədə məlumat verilməyib.

Bundan başqa, bugünkü iclas zamanı parlament güclü partlayışdan sonra hökumətin Beyrutda elan etdiyi fövqəladə vəziyyətin tətbiqini təsdiq edib.

Xatırladaq ki, 4 avqustda Livanın paytaxtı Beyrun şəhərindəki limanda güclü partlayış baş verib. 171 insan həyatını itirib, minlərlə insan isə yaralanıb. Şəhərə milyardlarla dollarlıq zərər dəyib.