
Az.shafaqna.com “The Times Of Indıa”-ya istinadən xəbər verir ki, Pakistan Silahlı Qüvvələri pakistanlı hərbçi və dövlət məmurlarının telefon şəbəkələrinə Hindistan tərəfindən həyata keçirilmiş güclü kiber hücumun qarşısının aldığını bəyan edib.
“Pakistan əks-kəşfiyyatı Hindistan xüsusi xidmət orqanlarının Pakistan hərbi qulluqçu və hökumət təsisatları məmurlarının mobil telefon və digər rabitə vasitələrini sındırma cəhdini qeydə alıb”, – deyə Pakistan Təsisatlararası Kəşfiyyat (ISI) idarəsindən bildirilib.
Pakistan ordusunun “Hindistanın yeni kiber hücumlarının qarşısını alma istiqamətində lazımi tədbirlər gördüyü” qeyd edilib.
Pakistan SQ-in kibertəhlükəsizliyə cavabdeh şöbələri rabitə vasitələrinin təhlükəsizliyinin təminatı üçün bütün dövlət müəssisələrinə tövsiyyələr verib və əlavə edilib ki, “kiber təhlükəsizliklə bağlı müəyyən edilmiş qaydaları pozanlara qarşı sərt tədbirlər görüləcək”.






























