Az.shafaqna.com “IslamToday”-a istinadən xəbər verir ki, BƏƏ dünyanın hər bir yerindən olan 1 milyon tibb işçisinin təhsilinə kömək edəcək.

Bu haqda ölkənin Baş naziri şeyx Məhəmməd bin Raşid əl-Məktum bildirib.

Səhiyyə sahəsinin işçiləri üçün olan tibbi və ambulator təlimlər distant rejimdə dünyanın fərqli-fərqli məkanlarından olan 140 mütəxəssislər və 67 akademik həmkar-institut tərəfindən keçiriləcək.

Sözügedən layihə BƏƏ-nin sosial məsuliyyət proqramının və dünya miqyasında səhiyyə sahəsinin dəstəyinin bir hissəsidir.