Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Qamaleya adına Mərkəzin direktoru Aleksandr Qinsburq hesab edir ki, Rusiyanın hazırladığı vaksin bazardakı rəqabətə görə tənqid edilir.

Bir düşünün, əgər Rusiya vaksininə görə müəyyən insanlar, müəyyən şirkətlər milyardlarla dollardan məhrum olursa, (başqa) hansı reaksiya gözləyirdiniz ki? Mənə elə gəlir ki, reaksiya tamamilə normaldır… Bu, konkret pullar üstündəki birbaşa müharibədir”, – deyə o bildirib.

Xatırladaq ki, Rusiya 11 avqustda dünyada birinci koronavirus əleyhinə vaksini qeydiyyatdan keçirib. Dərmana “Sputnik V” adı verilib. O, 2021-ci il 1 yanvardan mülki dövriyyəyə buraxılacaq.