Az.shafaqna.com “Defense News”-ə istinadən xəbər verir ki, ABŞ Konqresinin əsas üzvləri Türkiyə ilə olan silah müqavilələrini dondurmaq qərarı qəbul edib. Bu addım Türkiyənin Rusiyadan S-400 almasına cavab olaraq atılıb.

Konqresin hakim simalarından biri – beynəlxalq münasibətlər üzrə senat komitəsinin başçısı Cim Riş bu qərarı Ankaranın Moskvadan aldığı S-400-ün “rəqibimiz Putinə sərfəli” və NATO-nun “birliyi üçün təhlükə mənbəyi” olması ilə izah edib.

Konqressin qərarına əsasən, ABŞ iki il ərzində Türkiyəyə silah, o cümlədən də hərbi təyyarə və gəmi satmayacaq.

Qeyd edilir ki, Vaşinqton Ankaraya qarşı bu cür təzyiq üsuluna təxminən 40 il öncə də əl atıb. O zamankı bəhanə isə Türkiyənin Kiprdəki əməliyyat idi.

Xatırladaq ki, Türkiyənin Rusiyadan S-400 alması ABŞ tərəfindən mənfi qarşılanıb və Ankara sanksiyalarla hədələnib.