Az.shafaqna.com xəbər verir ki, ABŞ Ukraynanın NATO-ya qoşulma istəyindən rəsmi şəkildə imtina etməlidir, çünki bu, qeyri-realdır.

Bu fikirləri “Defense Priorities” mərkəzinin analitikləri səsləndirib.

Qeyd edilir ki, ABŞ-ın Ukraynada mühüm maraqları yoxdur. Bu cür məsələnin gündəlikdən çıxarılması Ukraynaya xarici siyasətdə daha realistik strategiyalara, məsələn, bitərəfliyə köklənməyə imkan verəcək.

Rusiya ilə münasibətlərdəki gərginliklərin azalmasına köməklə yanaşı, formal qoşulmama Ukrayanaya diqqəti korrupsiya və iqtisadi islahatlar kimi daxili problemlərin üzərində cəmləməyə imkan verəcək”, – deyə hesabatda bildirilib.

Təhlilçilərin sözlərinə görə, Ukrayna Şərq (Rusiya) və Qərb (ABŞ) arasında balansı tapmalıdır. Hər hansı bir ittifaqa qoşulma daxili sabitliyi pozacaq.