
Az.shafaqna.com “newsgeorgia”-ya istinadən xəbər verir ki, Gürcüstan sakinləri ölkənin əsas problemləri olaraq işsizlik, yüksək qiymət və yoxsulluğu görür.
Buna Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) sifarişi ilə keçirilmiş sosioloji araşdırmanın məlumatları dəlalət edir.
Sorğu iştirakçılarının 46%-i işsizliyi, 17%-i yüksək qiymətləri, 10%-i kasıblığı, 6%-i ümumilikdə iqtisadiyyatı, 4%-i isə koronavirus pandemiyasını əsas problem hesab edir.
COVID-19 pandemiyası başlayandan ölkə iqtisadiyyatının necə dəyişməsinə dair suala isə 92% cavab verib ki, pisləşib. 3% düşünür ki, Gürcüstandakı iqtsadi vəziyyət yaxşılaşıb. İqtisadiyyatda dəyişiklilərin olmadığını deyənlər isə 15%-dir.
İnsanlardan həmçinin hazırda ailələrinin iqtisadi vəziyyətlərini necə dəyərləndirmələri barədə də maraqlanıblar: 65% pis və ya olduqca pis olduğunu bildirib. Bu göstərici isə ötən ilin oktyabr ayındakı göstəricidən 5% daha yüksəkdir.
Sorğu iştirakçılarının 67%-i hesab edir ki, onların ailələrinin iqtisadi vəziyyəti bir az və ya olduqca çox pisləşib.
Xatırladaq ki, BRİ-nin son sosial araşdırması 4 iyun – 2 iyul tarixlərində keçirilib. Sorğuda ölkə boyun 1500 yetkinliyə çatmış vətəndaş iştirak edib. Nəticələrin xətalılığı +/- 2,5% təşkil edir.






























