
Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, fotoqraf Vladimir Şirokov təsirli selfilər çəkməyə kömək edən iki qayda haqda danışıb.
Onun sözlərinə görə, fotoçəkiliş üçün uyğun işıq seçmək lazımdır.
30 illik təcrübəsinin olduğunu vurğulayan Şirokov bildirib ki, “bilən adam kimi deyə bilərəm ki, ən bəzəyən və zinətləndirən işıq – gün işığıdır”.
O qeyd edib ki, həmçinin düzgün çəkiliş nöqtəsi də lazımdır. Mütəxəssis kameranı endirərək aşağıdan şəkil çəkməyi məsləhət görmür, çünki bu cür kadrlar gözəl alınmayacaq, amma əgər kamera yuxarı qaldırılsa, insan dərhal daha yaxşı görsənəcək.






























