
Az.shafaqna.com xəbər verir ki, bu gün keçirilən nazirlər kabinetinin iclasında İran prezidenti Həsən Ruhani gündəmdəki mövzularla bağlı danışıb.
ABŞ-ın İran əleyhinə mövqeyini tənqid edən Ruhani “Son 3 il yarım ildə, yəni Ağ Evdə yeni hökümət qurulduğundan bəri, İrana qarşı qeyri-qanuni və insanlığa zidd münasibətlərlə qarşı-qarşıya qaldıq.”, -deyə bildirib.
Ruhani bu günə qədər ABŞ-ın İranla əldə olunan nüvə danışıqlarına sadəcə iqtisadi zərbə vurduğunu önə çəkərək “Müzakirələrə siyasi zərbə vurulmasını qəbul edə bilmərik və sərt şəkildə cavab verəcəyik.”, – vurğulayıb.
Ruhani sonra deyib: “ABŞ, son həftələrdə iki siyasi məğlubiyyətə uğradı. BMT Təhlükəsizlik Şurası üzvləri İrana qarşı qərar layihəsinə qarşı çıxdılar. Dünən də yeni bir məğlubiyyətə uğradı. BMT TŞ iclasında ABŞ-dan başqa hər kəs nüvə müzakirələrini tərif etdi.”






























