
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) sorğusu göstərib ki, Gürcüstan əhalisinin 75%-i Rusiya ilə gələcək dialoqun lehinədir.
Belə ki, “Gürcüstan və Rusiya arasındakı gələcək dialoqu dəstəkləyirsiniz” sualına iştirakçıların 40%-i tam dəstəklədiyini, 35% isə qismən dəstəklədiyi bildirib.
14% isə tam şəkildə dialoqa qarşı çıxıb, qismən qarşı olanlar isə 8% olub.
Cavab verməkdən imtina edənlər isə 3% təşkil edib.
Üstəlik, 84% iki ölkə münasibətlərinin pis, 6% yaxşı və 8% neytral olduğunu hesab edir.
Azərbaycanla münasibətləri yaxşı hesab edənlər 68%, neytral hesab edənlər 13%, pis hesab edənlər isə 14% olub.
Ermənistanla münasibətləri yaxşı hesab edənlər 71%, neytral hesab edənlər 14%, pis hesab edənlər isə 10% olub.






























