
Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, həkim-kardioloq Anatoliy Trifonov ürək-damar sistemi problemlərinin səbəb olduğu və yaxınlaşmaqda olan ölümün əlamətləri barədə danışıb.
Həkim deyib ki, xroniki ürək-damar xəstəlikləri zamanı yaxınlaşan ölümün əlamətləri ölümdən 10-15 gün əvvəl aşkar ola bilər. Təşviş üçün səbəblər isə, xüsusilə də, əzginlik, təngənəfəslik, süstlük, ani qorxu hissi, üzün qızarması, dərinin ağarması, göz bəbəklərinin genişlənməsi və özündən getməkdir.
Trifonov bildirib ki, bir sıra ürək çatışmazlığı simptomları ölümün 1,5-2 saat içində baş verəcəyi barədə xəbər verə bilər. Bu cür əlamətlərə dəri rənginin göy rəngə dəyişməsi, əl-ayaqların soyuması, qıc olma aiddir. Bundan başqa, kardioloqun sözlərinə görə, ağızdan köpük də gələ bilər.






























