
Az.shafaqna.com “Reuters”-ə istinadən xəbər verir ki, peykdən çəkilmiş şəkillərə əsasən, Şimali Koreyada bu yaxınlarda baş vermiş selin ölkənin Yonbendəki əsas nüvə obyektinə qoşulmuş nasos stansiyalarına zərər vurduğu ehtimal edilir.
Bu haqda ABŞ Analitik Mərkəzi bildirib.
6 avqusta aid peyk şəkillərini tədqiq edərək, mütəxəssislər nüvə kompleksinin yanından axan Kulen çayında su səviyyəsinin kəskin artımını müəyyən ediblər.
Ehtimal edilir ki, silah plutoniumunun istehsalı üçün istifadə edilən 5 meqavatlıq reaktor bir müddətdir işləmir, təcrübi yüngül su reaktoru isə hələ işə salınmayıb.
Eskpertlər qeyd edirlər ki, bu cür daşqının təkrarı zamanı reaktorun dayandırılması lazım olacaq. Onların sözlərinə görə, nasos stansiyalarının daxilindəki nasos və boru kəmərləri reaktorlar üçün zəif yerlərdir.






























