
Türkiyənin Müdafiə Naziri Hulusi Akar Azərbaycana səfər edib.
Az.shafaqna.com xəbər verir ki, bu haqda Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Akara Türkiyə Silahlı Qüvvələrinin komandanları müşaiyyət edib.
Türkiyə MN yüksək rütbəli zabitləri sabah icra ediləcək olan Azərbaycan-Türkiyə Quru Qoşunları və Hərbi-Hava Qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərə qatılacaqlar.
Millî Savunma Bakanı Hulusi Akar, beraberinde TSK Komuta Kademesi ile Azerbaycan’a gitti. Bakan Akar ve Komutanlar yarın icra edilecek olan Türkiye-Azerbaycan Fiili Atışlı Ortak/Müşterek Tabur Görev Kuvveti Tatbikatı’nın seçkin gözlemci gününe katılacak.https://t.co/cFOJf99quE pic.twitter.com/2Gqx7UeTGh
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) August 12, 2020


























