© AP Photo / Aaron Favila

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, indiyədək Gürcüstanda koronavirusla bağlı 283 min PZR-test və 180 mindən çox ekspress-test keçirilib.

Bu haqda Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbər müavini Paata İmnadze bildirib.

Onun sözlərinə görə, PZR-testlər hazırda Svanetiya və Kazbeqidə tətbiq edilir, ekspress-testlər isə əsasən yük maşını sürücüləri üçün istifadə edilir.

O qeyd edib ki, gündəlik 4800 PZR-test həyata keçirilir.

O əlavə edib ki, yük maşını sürücüləri 3 gündə 1 dəfə test edilir.

Xatırladaq ki, indiyədək Gürcüstanda 1278 nəfər COVID-19-a yoluxub, onlardan da 1258-i sağalıb, 17-si isə vəfat edib.