Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər demokratların namizədi Co Bayden prezident seçkilərində qalib gələrsə, Çin ABŞ-ı ələ keçirəcək.

“Baxın (və görün), əgər bu seçkilərdə Donald Tramp uduzarsa, Çin ABŞ-a yiyələnəcək. Əgər mən seçkilərdə qalib gəlməsəm, ABŞ Çinə məxsus olacaq”, – deyə o qeyd edib.

(Belə olarsa,) siz Çin dilində danışmağı öyrənməli olacaqsınız”, – deyə Tramp əlavə edib.

Xatırladaq ki, daha öncə də Tramp Baydenin qalib gələcəyi halda ABŞ-ın məhv olacağına dair proqnoz vermişdi.