
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, nazirlik ilin sonunadək 70 milyard rubl dəyərində Su-35 qırıcılarının tədarükünə dair müqavilə bağlamağı planlaşdırır.
“İlin sonunadək çoxfunksiyalı Su-35S təyyarələrinin tədarükünə dair əlavə dövlət müqaviləsi bağlamağı planlaşdırırıq. Müqavilə məbləği 70 milyard rubl təşkil edəcək”, – deyə o bildirib.
Qeyd edilir ki, Rusiya MN-ın maraqları çərçivəsində “onlarla uzunmüddətli dövlət müqavilələri” həyata keçirilir.






























