Az.shafaqna.com “Islam Today”-a istinadən xəbər verir ki, Özbəkistanda koronavirus pandemiyasına görə fəaliyyəti dayandırılmış məscidlər 15 avqustdan açılacaq.

“15 avqustdan ölkəmizdə tədricən açılacaq”, – deyə KİV-lər mənbəyə istinadən məlumat yayıb.

Lakin Özbəkistan hökumətinin mətbuat xidməti və dövlətin koronavirusla bağlı saytı hələ buna münasibət bildirməyib.