
Az.shafaqna.com “MMA Fighting”-ə istinadən xəbər verir ki, UFC-in yüngül diviziondakı müvəqqəti çempionu Castin Getji Həbib Nurmaqomedovla keçirəcəyi döyüş barədə danışıb.
Xatırladaq ki, qarşılaşma 24 oktyabrda “UFC 254”-də baş tutacaq.
“Biz komanda ilə daha güləşmirik. Mənim qarşımda bəzi zonalar olacaq, onlar kiçik zonalardır… Bunlar ölüm zonalarıdır – onlar açıq olan anlarda mən onlardan istifadə etməliyəm. Bu, mənim ən yaxşı bacardıqlarımdır: qırğın, maşınların toqquşması”, – deyə o bildirib.
“Yeganə məqsədim – bu cür qəzaları mümkün olduğu qədər tez-tez törətməkdir. Bunların bədənə zərbə və ya başa vurma olması elə də mühüm deyil. Əsas olan – biz birbirimizi döyən zaman qəza vəziyyəti yaratmaqdır. Həbibə qalib gəlməyin yeganə yolu budur”, – deyə o qeyd edib.






























