
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, NASA astronavtı Kristofer Kessidi bir həftə öncə güclü partlayışdan zərər görmüş Beyrutun şəklini paylaşıb.
“Bu gün Beyrut haqda düşünürəm. Mənim qəlbim bu yaxınlarda baş verən faciədə xəsarət alan hər kəslədir. Beynəlxalq Kosmik Stansiyadan (BKS) sevgilərlə”, – deyə o sosial şəbəkə səhifəsində yazıb.
Thinking of Beirut today. My heart goes out to all of those who have been affected by the recent tragedy. Sending love from @Space_Station. pic.twitter.com/XMIDZK3g3T
— Chris Cassidy (@Astro_SEAL) August 11, 2020
Xatırladaq ki, 4 avqustda Livanın paytaxtı Beyrun şəhərindəki limanda güclü partlayış baş verib. 171 insan həyatını itirib, minlərlə insan isə yaralanıb. Şəhərə milyardlarla dollarlıq zərər dəyib.






























