
Az.shafaqna.com xəbər verir ki, ABŞ əhalisinin əksəriyyəti qarşıdan gələn prezident seçkilərinin ədalətli olmayacağını hesab edir.
Buna “NBC News” və “SurveyMonkey”-in keçirdiyi sorğu dəlalət edir.
Sorğuda iştirak etmiş 44,6 mindən çox insanın 55%-i bildirib ki, qarşıdakı seçkilərin düzlüyünə ya “çox əmin deyillər”, ya da “qətiyyən əmin deyillər”. Eyni zamanda 14% deyib ki, seçkilərin ədalətliliyinə “olduqca əmindir”, 29% isə düzgünlüyə “müəyyən qədər əmin” olduğunu deyib.
Partiyaya üzvlük nöqteyi-nəzərindən, respublikaçıları dəstəkləyənlərin 65%-i, demokratların isə 46%-i seçkilərin ədalətliliyinə əmin olmadıqlarını ifadə edib.
Onlar sorğu 3-9 avqustda keçirilib, sorğuda 44 601 nəfər yetkinliyə çatmış ABŞ vətəndaşı iştirak edib. Sorğunun statistik xətası 1% təşkil edir.
Xatırladaq ki, ABŞ-da noyabr ayında prezident seçkiləri baş tutacaq.






























