
Az.shafaqna.com “Saxalin i Kurilı”-ya istinadən xəbər verir ki, Rusiyanın Saxalin adasında naməlum canlı cəmdəyi tapılıb. Fırtınadan sonra cəsəd sahilə atılıb.
Turistlər 11 avqustda həmin dəniz canlısının şəklini çəkiblər. Onların sözlərinə görə, onlar cəmdəyi Dolinsk rayonu sahilində tapıblar.

Ümumrusiya Araşdırma İnstitutunun Dəniz Təsərrüfatı və Okeanoqrafiya (ÜRAİDTO) filialı artıq tapıntı ilə maraqlanmağa başlayıb.
Qeyd edək ki, cəmdəyin uzunluğu bir neçə metrdir.
ÜRAİDTO mütəxəssisləri ehtimal edirlər ki, cəmdək balinanın bir növü olan “Berardius”-a və ya “Ziphius cavirostris”-a məxsusdur. Onlar deyiblər ki, bu məməli heyvanlar Saxalin sahillərindəki dərinliklərdə yaşayırlar, lakin nadir halda onları cəsədləri sahilə çıxır.































