
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzinin başçısı Amiran Qamkrelidze bildirib ki, Zemo-Svanetidə 4000-dək insan koronavirus testindən keçəcək.
Onun sözlərinə görə, araşdırmanın nəticələrinə əsasən, fəaliyyət planı, o cümlədən də hansı məhdudlaşdırıcı tədbirlərin görüləcəyi müəyyən ediləcək.
O qeyd edib ki, Lenceri kəndindəki araşdırma başa çatıb, sözügedən testlər isə Mestia, Uşquli və bir neçə digər kənddə keçiriləcək.
“(Test verəcək insanlar) yerli sakinlər və turistlərdir. Düşünürük ki, bu həftə biz həmin 4000 insanın testini tamamlayacağıq”, – deyə o əlavə edib.






























