
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, pandemiya şəraitində koronavirus və bioterrorçuluq mövzuları ilə manipulyasiyalar yolverilməzdir.
Bu haqda Rusiya XİN başçısı Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, dünyanın bəzi regionlarında terrorçular COVID-19 ilə bağlı vəziyyətdən öz xeyirlərinə istifadə etmək istəyirlər.
“Bioterrorçuluq riskləri – yeni mövzu deyil, o, uzun illərdir beynəlxalq meydançalarda müzakirə edilir və bütün dünyadakı həyatı nəzərəçarpacaq qədər dəyişən hazırkı vəziyyət təbii şəkildə bu cür müzakirələri stimullaşdırır”, – deyə o qeyd edib.
O əlavə edib ki, qeyd edilən manipulyasiyalar “konyuktura məqsədi” ilə də yolverilməzdir.
“Üstəlik terrorçuların əlinə təhlükəli kimyəvi maddələrin və bioloji agentlərin, həmçinin kimyəvi və bioloji silah istehsalı texnologiyalarının keçməsinin qarşısının alınması problemi həmişəkindən də kəskin şəkildə qarşımızda durur”, – deyə o bildirib.






























