Az.shafaqna.com xəbər verir ki, ”Forbes” jurnalı dünyanın ən yüksək maaşlı aktyorlarının siyahısını hazırlayıb.

Reytinqin lideri bir il ərzində 87,5 milyon dollar qazanan Dueyn Consondur.

2-ci pillənin sahibi Rayan Reynoldsdur. O, 1 ilə 71,5 milyon dollar qazanıb.

3-cü yerdə isə 58 milyon dollarlıq gəlirlə Mark Uolberqdir.

5-liyə Ben Afflek (55 milyon dollar) və Vin Dizel də (54 milyon dollar) daxil olub.