
Az.shafaqna.com “1000.menu” saytına istinadən, tavada hazırlanan pendirli xaçapurinin reseptini təqdim edir.
9 porsiyanın hazırlanması üçün lazım olan inqrediyentlər bunlardır:
Buğda unu – 3 stəkan, kefir – 1 stəkan, toyuq yumurtası – 2 ədəd, şəkər – 1 çay qaşığı, duz – 1 çay qaşığı, qida sodası – 1 çay qaşığı, bitki yağı – 1 xörək qaşığı, bərk pendir – 400 qram, kərə yağı – 50 qram.
Addımbaaddım hazırlanması:

1-ci addım: lazımi inqrediyentlər

2-ci addım: başlanğıc üçün xaçapuri üçün xəmir hazırlayaq. Bunu etmək çox asandır – 1 ədəd yumurta sındırırıq

3-cü addım: şəkər əlavə edirik

4-cü addım: indi isə duzu əlavə edirik

5-ci addım: yumurtanı duz və şəkərlə yüngül çalırıq, kefiri tökürük

6-cı addım: qarışdırırıq

7-ci addım: bitki yağını əlavə edirik, qarışdırırıq

8-ci addım: təxminən 2,5 stəkan un götürürük, ona soda əlavə edirik, qalan unu isə stolun üstünə səpmək üçün saxlayırıq

9-cu addım: sodalı unu ayrı qaba ələyirik

10-cu addım: sıyıq halında olan qarışığa ələnmiş unu porsiyalarla əlavə edirik, qarışdırırıq

11-ci addım: yapışqan yumşaq xəmir əldə edirik. Bu xəmir forma tutmur və yayılmır. Unda həddindən artıq can yandırmaq lazım deyil, yoxsa xaçapurilər bərk çıxacaq

12-ci addım: iç üçün pendiri sürtkəcdən keçiririk

13-cü addım: 2-ci yumurtanı çırpırıq

14-cü addım: qarışdırırıq – və budur içlik hazırdır! Xəmir və içliyin hazırlanması üçün bizə təxminən 5 dəqiqə vaxt lazım oldu, indi isə kiçik işlər qaldı – xaçapuri hazırlayıb bişirmək

15-ci addım: stola yaxşıca un səpirik və xəmiri qoyuruq, onu kolbasa formasına salırıq, daha sonra onu 9 bərabər hissəyə bölürük

16-cı addım: hər bir hissəni nazik şəkildə açırıq

17-ci addım: bir az içlik qoyuruq

18-ci addım: kənarlarını mərkəzə doğru büzür və bağlayırıq

19-cu addım: alınmış kisəciyi yastıladırıq

20-ci addım: oxlovla yayırıq, sonra çevirib digər üzünü də yayırıq, sonuncu dəfə çevirib bir ar az yayırıq, xaçapuri təxminən tavanın diametri boyda alınır.

21-ci addım: quru tavaya qoyuruq

22-ci addım: yüngül odda qapağı örtülü halda qızılı rəng alanadək quru tavada bişiririk

23-cü addım: çeviririk və yenə örtülü qapaqla digər üzünü qızardırıq

24-cü addım: hazır xaçapuriləri kərə yağı ilə sürtürük

25-ci addım: Nuş olsun!






























