Az.shafaqna.com “İnterfaks”-a istinadən xəbər verir ki, Tacikistanın nəqliyyat naziri Xudayarzadə Xudayar intihar etməyə cəhd etsə də, tibb işçiləri onun həyatını xilas ediblər.

Hadisə 11 avqustda yerli vaxtla 5:00-da ailə münaqişəsi zəminində baş verib. İntihara cəhd nazirin öz evində olub.

Xudayarzadənin həyat yoldaşı, oğlu və qızı ona ilk tibbi yardımı göstəriblər. O, xəstəxanaya yerləşdirilib.

Tacikistanlı nazir əməliyyat edilib, vəziyyəti kafidir. O, tibbi personalın nəzarəti altındadır.

Hadisə ilə bağlı cinayət işi başladılıb.