
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan gəncləri arasında vətənpərvər ruhiyyənin artırılması məqsədi ilə Müdafiə Nazirliyi “7 günlük əsgər” adlı yeni layihə hazırlayıb.
Gürcüstan Müdafiə Qüvvələrinin Milli Qvardiyası 18 ali məkbətin tələbə özünüidarə nümayəndələrini “Paldo” ehtiyatda olan hərbçilərin döyüş hazırlığı düşərgəsinə dəvət edib və planlaşdırılan layihəni təqdim edib.
Layihə xüsusi olara gənclər üçün hazırlanmış 7 günlük təlim proqramını nəzərdə tutur. Layihə çərçivəsində tələbələr hərbi tematika üzrə nəzəri və təcrübi hazırlıq keçəcək, həmçinin əsgər həyatı yaşayacaqlar.
Görüş interaktiv rejimdə baş tutub, gənclər layihə təşkilatçılarına öz təkliflərini bildiriblər. Milli Qvardiya rəisi polkovnik Roman Cohadze hərbi işə göstərdikləri marağa görə gənclərə təşəkkürünü bildirib və ölkənin ehtiyat hissələri üçün hazırlığın əhəmiyyətini vurğulayıb.
18-22 yaşlı tələbələr ehtiyat hissələri xidmətinin bir müqaviləsini keçsələr, vacib hərbi xidməti keçmiş hesab ediləcəklər.
Aktiv ehtiyata qəbul könüllü və ödəniləndir, bununla yanaşı ehtiyatda olan şəxs mülki işini saxlaya bilir.
Ehtiyatda olan şəxs il ərzində 45 günlük hərbi hazırlıq kursunu keçməlidir. Minimal illik maaş – 2,7 min laridir (900 dollar).
Gürcüstan Silahlı Qüvvələrinin ehtiyat qüvvələri və səfərbərlik konsepsiyası üzərində iş bir neçə il davam edib və 2018-ci il yanvar ayında tam hazır olub.






























