
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Moskva vilayətində 390-dan çox yetim uşağa şəxsi mənzillərinin açarları təqdim edilib.
“İlin əvvəlindən artıq 396 yetim uşaq Moskva vilayətində şəxsi mənzillərinin açarını alıb. Bu, ümumi siyahının 50%-dən çoxu deməkdir. İlin sonunadək 780 nəfər şəxsi mənzil alacaq. Bu məqsədlər üçün region büdcəsindən 2 milyard rubldan (təxminən 46,6 milyon manatdan çox) pul ayrılıb”, – deyə rusiyalı rəsmi bildirib.
Bildirilir ki, mənzillər inkişaf etmiş infrastruktur və nəqliyyat yolu olan rayonlardakı yeni tikililərdən verilir.
“Yetim uşaqların mənzillərlə təmin edilməsi işi plan rejimində həyata keçirilir. Bu gün üçün artıq 6 rayon illik planı tam yerinə yetirib”, – deyə o əlavə edib.






























