Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, bu gün Berlin şəhərinə növbəti xüsusi çarter reysi həyata keçirilib.

Gürcüstan İqtisadiyyat Nazirliyinin məlumatına görə, ali və orta ixtisas məktəbinin 125 tələbəsi Almaniyaya yola düşüb. Həmin şəxslərin Almaniyada müvəqqəti işə düzəlmə müqavilələri var.

Məlumata görə, xüsusi çarter reysi iqtisadiyyat və xarici işlər nazirlikləri tərəfindən Baş nazirin göstərişi ilə təşkil edilib, gürcü tələbələrin qeydiyyat prosesini isə Gənclərin İşləri Agentliyi həyata keçirib.