Az.shafaqna.com “1prime.ru” saytına istinadən xəbər verir ki, rusiyalı mütəxəssis Aleksey Sizov bank kartı ilə ödənişin təhlükəli olduğu yerlər barədə danışıb.

Onun sözlərinə görə, hazırda bank kartı ilə ödəniş etmək əvvəlki kimi riskli deyil, çünki çipli kartların yayılması “skimming”-i, demək olar ki, yox edib. Lakin internetdə hələ də təhlükə qalmaqdadır.

Məsələn, çox vaxt saxta-saytlar olur ki, dələduzlar bu saytlar vasitəsi ilə məhsulun ödənişi adı altında pul əldə edirlər.

Bu cür fırıldağın qurbanı olmamaq üçün, Sizov onlayn alışlar üçün ayrı kart açdırmağı və həmin kartda bu gün xərcləmək istədiyiniz qədər məbləğ saxlamağı məsləhət görüb.

Bundan başqa o, yoxlanılmamış yerlərdə və pis reputasiyalı saytlardan iri alış etməməyi, həmçinin heç kəsə, hətta bank və ya mağazadan zəng etsələr belə, şəxsi məlumatları verməməyi məsləhət görüb.