Az.shafaqna.com “ParsToday”-a istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) baş komandanı general-leytenant Hüseyn Salami bəyan edib ki, ölkəsi düşmənin çox böyük psixoloji müharibə dalğası üzərində silsilə qələbələr qazanıb.

O deyib ki, sanksiyalara baxmayaraq, “İran dünya imperializminə qalib gələ bildi”.

İranlı general-leytenant qeyd edib ki, İranın düşmənlərinin bu gün çox sayda ciddi problemlərlə üzləşdiyi nəzərə alınarsa, İran düşmən üzərində daha çox qələbə qazana bilər.

O həmçinin bildirib ki, elm, texnika və tibbi sahələrində inkişafa iddialı ölkələr koronavirus epidemiyası qarşısında öz müalicə sistemlərinin effektivsizliyi ilə üzləşib, İranda isə tibbi personal epidemiya ilə lazımi şəkildə mübarizə aparır.

Düşmənlər güman edirdilər ki, koronavirus epidemiyası ilə İran diz çökəcək” deyən Hüseyn Salami qeyd edib ki, İranın səhiyyə işçiləri mükəmməl iş sərgiləyiblər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin