
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.
Görüşdən bitdikdən sonra nazirlər mətbuat brifinqi keçirib.
Azərbaycan XİN başçısı Atatürkün və Ümumilli Lider Heydər Əliyevin “Türkiyə və Azərbaycan” haqqında fikirlərinə işarə edərık, Azərbaycan və Türkiyə qardaşlığının bundan sonra da davam edəcəyini bildirib.
Nazir Bayramov sonra deyib: “Qardaş Türkiyə, hər zaman Azərbaycanın Beynəlxalq hüquqa əsaslanan mövqeyini qəti şəkildə dəstəkləyib və dəstəkləməkdədir. Ən son bu dəstəyin 12 iyul tarixində, Azərbaycan Ermənistan sərhədində, Ermənistan Silahlı Qüvvələrinin növbəti hərbi təxribat həyata keçirən zaman şahidi olduq. Buna görə də mən fürsətdən istifadə edərək, həm öz adımdan, həm Azərbaycan Dövləti və xalqı adından öz dərin təşəkkürümü bildirirəm.”
Brifinqin videosu:
#CanlıYayın📡 🇹🇷🇦🇿#Azerbaycan Dışişleri Bakanı Ceyhun Bayramov ile Ortak Basın Toplantısıhttps://t.co/eUXkeG3jiw
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) August 11, 2020
Çavuşoğlu: Vəzifəyə başlayan Azərbaycan rəsmiləri ilk səfərlərini Türkiyəyə edirlər





























