Məlum olduğu kimi Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfərə gedib. Onun bu səfəri XİN rəhbəri təyin olunduğu gündən sonra ilk xarici səfəridir.

Az.shafaqna.com xəbər verir ki, görüşlərdən sonra Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğliu mətbuat brifinqi keçirib.

Çavuşoğlu sözlərinin əvvəlində Ceyhun Bayramovu yeni vəzifəyə başlaması münasibətilə təbrik və Türkiyəyə səfərinə görə təşəkkür edib.

“Bildiyimiz kimi Azərbaycanda rəsmi vəzifəyə gələn nazirlər və dövlət başçıları ilk səfərini Türkiyəyə, Türkiyədə rəsmi vəsifəyə başlayan və dövlət başçıları isə Azərbaycana səfər edirlər. Ceyhun Bayramovu bu ənənəyə sadiq qaldığına görə təşəkkür edir, yen vəzifəsində müvəffəqiyyətlər arzu edirəm.”, -deyə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir bildirib ki, biz (Azərbaycan və Türkiyə) “Bir millət iki dövlət” prinsiplərinə sadiq qalaraq siyasət və iş görürük.

“Ceyhun Bayramov qardaşımla, bu prinsiplərə sadiq qalaraq, Türkiy və Azərbaycan üçün birlikdə iş görəcəyik.”, – deyə Türkiyənin XİN başçısı əlavə edib.