
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.
Az.shafaqna.com-un xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.
Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox istiqamətləri, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.
Xarici İşlər naziri @Bayramov_Jeyhun və həmkarı @MevlutCavusoglu arasında nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirildi.
🇦🇿🇹🇷 ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox istiqamətləri, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparıldı. pic.twitter.com/dpK9nZs6Gq
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) August 11, 2020














