Алексей Никольский / ТАСС

Az.shafaqna.com “Rossiya 24”-ə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bildirib ki, qızlarından biri koronavirus əleyhinə peyvənd olunub.

Qızlarımdan biri özünə belə bir peyvənd vurub. Bu mənada o, təcrübədə iştirak edib”, – deyə o bildirib.

Onun sözlərinə görə, ilk vaksindən sonra qızının temperaturu 38 °С, növbəti gün isə 37 °С-dən bir qədər çox olub. Digər yan təsir olmayıb.

Xatırladaq ki, Putin həmçinin bildirib ki, Rusiyada dünyanın ilk koronavirus infeksiyasına qarşı vaksini qeydiyyatdan keçirilib.

Əvvəlki məqaləPolis Mestiada karantinə əməl edilməsinə nəzarət edir
Növbəti məqalədəÇin liderindən çinlilərə qidaya qənaət çağırışı: İsrafçılıq pis və utancvericidir