
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, ötən gecə ərzində Gürcüstan DİN bölmələri yüksək dağlıq Barca kəndinin sakinlərinin Tbilisi və Batumidəki karantin zonalarına yola salınmasını təmin edib.
Xatırladaq ki, 10 avqustda Gürcüstanda 25 yoluxma halı müəyyən edilib. Onlardan da 17-si Mestia rayonunun payına düşdüyü üçün orada sərt karantin elan edilib. Koronavirus xəstəliyinin yayılmasının maksimum qarşısını almaq üçün hökumət regionda karantin məhdudiyyətləri tətbiq etmək qərarına gəlib.
Bundan başqa, polis yerli əhalinin karantin məhdudiyyətlərinə əməl etməsinə nəzarəti davam etdirir. DİN-in məlumatına görə, hazırda rayonda vəziyyət qənanətbəxşdir, gecə sakit keçib və vəziyyəti tam nəzarət altındadır.
Ötən gecə polislər yerli əhalini, həmçinin turistləri karantin məhdudiyyətləri barədə aktiv şəkildə məlumatlandırıb və ehtiyac olduqda onlara lazımi yardımı göstəriblər.






























