
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, okeandakı ən böyük “zibil adası” Fransa boyda olub.
Bu haqda Jan-Vak Kurstonun araşdırmaçı və okean müdafiəçisi olan nəvəsi Filipp Kusto və onun həyat yoldaşı Aşlan Brok məlumat verib.
Onun sözlərinə görə, dünyada okean axınlarının xüsusiyyətlərinə görə əmələ gəlmiş 5 bu cür böyük ada var.
“Dünyanın hər bir yerindən olan plastik kütlə orada toplanır. Ən böyük “zibil adası” Sakit okeandadır. Ölçücə o, ABŞ-ın Texas ştatından böyükdür, sahəcə Fransaya bərabərdir”, – deyə Brok bildirib.
O qeyd edib ki, “zibil adaları” əsas etibarı ilə çaylardan okeana düşən plastik kütlədən ibarətdir.






























