Az.shafaqna.com “İzvestiya”-ya istinadən xəbər verir ki, Rusiyada gələn ildən aztəminatlı ailələrə 3-7 yaşlı uşaqlar üçün verilən pul yardımı artırıla bilər.

Hazırda bu məbləğ 5,5 min rubl (təxminən 128 manat) təşkil edir.

Rusiya Əmək Nazirliyi qeyd edir ki, bu məbləğ ailənin gəlirini yoxsulluq həddindən çıxarmaq üçün kafi olmaya bilər.

Odur ki, nazirlik “2021-ci ildə müavinətlərin həcminin fərqləndirilmə imkanını məqsədəuyğun hesab edir”.

Bununla belə, Rusiya Əmək Nazirliyi məbləğin nə qədər dəyişə biləcəyi barədə məlumat verməyib.