Az.shafaqna.com “Miami Herald”-a istinadən xəbər verir ki, ABŞ-ın Florida ştatında polis 8 yaşlı uşağı tutarkən ona qandal taxmağa çalışıb.

Qeyd edilir ki, kadrlardakı görüntülər hələ 2018-ci ildə ibtidai məktəbdə baş verib. Şagirdlərdən biri müəllimi sinəsindən vurduqdan sonra məktəbə asayiş keşikçiləri çağırılıb.

Hadisə yerinə gələn polis ağlayan uşağın əllərinə qandal taxmağa çalışıb. Bundan başqa, kadrlardan da göründüyü kimi, polislər uşağa deyiblər ki, o, həbsxanaya gedəcək. Bildirilir ki, uşağa qarşı cinayət işi açılıb, işin hazırkı gedişatı bəlli deyil.

May ayının sonu polis tərəfindən boğularaq qətlə yetirilmiş Corc Floydun ailəsinin vəkili Bencamin Kremp də məlum insidentlə maraqlanıb.

İnanılmazdır! Ku-Vest polisi xüsusi tələbkarlıqla 8 yaşlı uşağa qarşı “qorxutma ilə tərbiyələndirmə” üsulundan istifadə edib”, – deyə vəkil qeyd edib.

Kremp bildirib ki, polis boyu təxminən 1 metr olan uşağın “əllərinə qandal taxaraq böyüklər üçün olan həbsxanaya aparmağı münasib hesab edib”.

O, o qədər balaca idi ki, qandallar onun biləklərindən düşdü”, – deyə o əlavə edib.