Az.shafaqna.com “Khaleej Times”-a istinadən xəbər verir ki, BƏƏ elan edib ki, karantin məhdudiyyətlərinin mərhələli ləğvi çərçivəsində iyun ayında məscidlərin öz həcminin 30%-i qədər açılması planlaşdırılır.

BƏƏ rəsmisi qeyd edib ki, sənaye zonaları, ticarət mərkəzləri və ictimai parklarda yerləşən bəzi məscidlər əvvəlki kimi bağlı qalacaq, həmçinin məscidlərdə cümə namazı qılınmayacaq.

Məscidə gələn dindarların təhlükəsizliyi üçün məscid imamları və digər işçiləri artıq COVID-19 testini veriblər.

Məscidlərin açılma şərtlərinə daxildir: ibadət edənlər arasında 3 metr məsafə olmalıdır, əl ilə görüşmək olmaz, dəstəmaz evdə alınmalıdır və Qurani-Kərim oxumaq istəyənlər, şəxsi Qurani-Kərimlərini gətirməlidirlər.

Bundan başqa, məscidə gələn hər bir kəs izləmə üçün nəzərdə tutulmuş xüsusi mobil tətbiqi quraşdırmalıdırlar.

12 yaşdan aşağı uşaqlar, qocalar və xroniki xəstəliyi olan şəxsrlə məscidə gəlməkdən çəkinməlidirlər”, – deyə əlavə edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin