kafkadesk.org

Az.shafaqna.com “Reuters”-ə istinadən xəbər verir ki, Slovakiya XİN 3 rusiyalı diplomatın ölkədən çıxarılmasına dair məlumatı təsdiqləyib.

Bildirilib ki, Slovakiyanın kəşfiyyat xidmətləri Rusiya səfirliyinin əməkdaşlarının Bratislavada diplomatik münasibətlərə dair Vyana konvensiyasını pozan hərəkətlər etdiyini müəyyən edib.

Xatırladaq ki, daha öncə “Bloomberg” anonim mənbəyə istinadən xəbər vermişdi ki, Slovakiya casusluqda şübhəli bilinən rusiyalı diplomatları ölkədən çıxarır.