
Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bəyan edib ki, Türkiyə və Rusiya Liviyadakı münaqişəni dayandırmağa çalışır.
Onun sözlərinə görə, Moskva və Ankara Liviya münaqişəsi zonasında qırğının qarşısının alınmasına can atır.
Bununla yanaşı, Çavuşoğlu bildirib ki, Fransa Liviyada düzgün hərəkət etmir: “BƏƏ Fransa silahını alıb Liviyaya tədarük edir”.






























