РИА Новости

Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Rusiyanın Su-27 qırıcısı Qara dəniz üzərində Rusiya sərhədlərinə yaxınlaşan ABŞ HHQ-a məxsus 2 təyyarəni ələ keçirib.

Bundan sonra həmin təyyarələr Rusiya sərhədlərindən geri qayıdıblar.

Bu haqda Rusiya Milli Müdafiə İdarəsi Mərkəzi məlumat yayıb.

ABŞ-a məxsus kəşfiyyatçı təyyarələr geri qaytarıldıqdan sonra Su-27 aerodroma qayıdıb.

Qeyd edilir ki, ABŞ təyyarələrini Rusiya sərhədlərini pozmağa yol verilməyib.

Xatırladaq ki, ötən gün də Rusiya Qara dəniz üzərində ABŞ-a məxsus hərbi təyinatlı təyyarənin ələ keçirilməsi üçün Su-27 qırıcısını havaya qaldırıb.