
Az.shafaqna.com “interpressnews”-ə istinadən xəbər verir ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəsmisi Aleksandr Xocevanişvili bildirib ki, Mestia, Uşquli və Lenceridə karantin məhdudiyyətləri tətbiq edilir.
“Yaranmış mürəkkəb epidemioloji vəziyyətlə bağlı, Mestia, Uşquli və Lenceri qəsəbələrində ictimai səhiyyə qanunu çərçivəsində qüvvədə olan tənzimlənmələr tətbiq edilir. O cümlədən də karantin məhdudiyyətləri”, – deyə o qeyd edib.
O əlavə edib ki, Mestiaya giriş-çıxış məhdudlaşdırılıb.





























