Az.shafaqna.com “Al Arabia”-ya istinadən xəbər verir ki, Livanın Baş naziri Həsən Diab prezidenti Mişel Auna istefa vermək fikrində olduğunu bildirib.

Bu haqda Livan preziden sarayındakı mənbə məlumat yayıb.

Qeyd edilir ki, Diab hökuməti iclasa toplaya bilib-bilməyəcəyindən asılı olmayaraq istefasını elan edəcək.

Xatırladaq ki, Livanda etiraz aksiyalar başlayıb. Etirazçılar məmurları rüşvətdə ittiham edərək nazirlər kabinetinin istefasını tələb ediblər. Etirazçıların fikrincə, həmin rüşvət amili 4 avqust partlayışına səbəb olub.