
Az.shafaqna.com “Kurdistan24”-ə istinadən xəbər veirir ki, İraqın Mosul şəhərinin yaxınlığında yezidi kürdlərin dəfn edildiyi kütləvi məzarlıq aşkar edilib.
Mosul və Tel-Afər arasında yerləşən Kaske rayonunda aşkar edilmiş kütləvi məzarlıqda 600 cəsəd var. Onlar 2014-cü ildə yezidi kürdlərin yaşadığı Sincardan İŞİD terrorçuları tərəfindən qaçırılıblar.
Qeyd edək ki, 2014-2017-ci illərdə İŞİD terrorçuları 6000-dən çox yezidi kürd olan kişi, qadın və uşağı qaçırıb, yüzlərlə yezidi kürdü isə qətlə yetirib. Oğurlanmış insanların təxminən yarısının taleləri hələ də qaranlıq olaraq qalır.






























